25 
okt
2022
13:17
109

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Duman, yağış külək - Sabahın HAVA PROQNOZU

25 okt, 2022
13:17
73109

Azərbaycan ərazisində oktyabrın 26-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15°, gündüz 17-19°, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12°, gündüz 17-22°, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacaq.

Bizimlə əlaqə saxlayın