noy
2022
21:24
120

Tel:+99450 352 82 91
E-mail: [email protected]

AQTA-nın "gözüyumulu" fəaliyyətinin daha bir göstəricisi - Video +Fakt

9 noy, 2022
21:24
65120

Turkdunyasi.az
Hörmətli oxucularmız kanal9.info olaraq mütəmadi  Bərdə və ətraf bölgələrdə antisanitar şəraitdə və qida təhlükəsizliyi agentliyinin stantlarına uyğun olmayan qanunsuz fəaliyyət göstərən süd və saçaqlı pendir sexlərini aşkar edib çəkib ictimaiyyətə və aidiyyəti qurumlara göstəririk. Bu səfər isə Bərdə rayon Mehdili kənd ərazisində fəaliyyət göstərən və Cavid adlı şəxsə məxsus olduğu bildirilən saçaqlı pendir sexində olduq. Ancaq Anar adlı şəxs əməkdaşlarımızın qarşı kobud və çox aqressiv davranaraq çəkiliş aparmaqlarına icazə verməyərək sexdə uzaqlaşdırır. Təəssüflər olsun ki, təqdim etdiyimiz faktlara  aidiyyəti qurumlar biganə yanaşır. Bu zaman meydana sual çıxır bəs görəsən aidiyyəti qurumlar bu antisanitar şəraitdə hazırlanan məhsullara qarşılıqlı öhdəliklər nəticəsində göz yumur?  yoxsa vəzifə borclarını layiqincə yerinə yetirə bilmirlər çox təəssüflər olsun ki, bu antisanitar şəraitdə hazırlanan  saçaqlı pendir və digər süd məhsullardan hər birimiz istifadə edirik. Bəs niyə görə sağlamlığımızı təhlükəyə atanlara qarşı aidiyyəti qurumlar ciddi tədbir görmür bəs məqsəd nədir. Ümid edirik ki bu kadrlardan sonra aidiyyəti qurumlar bu və digər antisanitar vəziyyətdə fəaliyyət göstərən süd və saçaqlı pendir sexlərinə qarşı mövqeyini dəyişəcək və Anar adlı şəxsin bu kobud və antisanitar şəraitdə hazırlanan saçaqlı pendir sexındə ciddi yoxlama aparacaqdır. Mövzunu diqqətdə saxlayacağıq qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.Arzu Qarabağlı, Züleyxa Cəfərova, Esmira Elgün kanal9 Bərdə

Bizimlə əlaqə saxlayın