E-mail: [email protected]
Fransa senatının qəbul etdiyi qərəzli qətnaməni qınayır, iftira dolu müddəaları rədd edirəm! - Şahin Əliyev, Əbədi Birlik GİB-nin sədri, ictimai-siyasi fəal
Fransada erməni lobbisinin təsiri altında olan bir qrup senator Azərbaycana qarşı təxribat aparmağa, BMT Nizamnaməsinin və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobudcasına pozmağa davam etməkdədir. Azərbaycana qarşı belə qərəzli mövqe göstərən qətnamənin Minsk qrupunun həmsədr ölkəsi, BMT TŞ-nin daimi üzvü kimi məramı olan “sülhsevər”Fransa tərəfindən qəbul edilməsi bizə qarşı edilən siyasi tərbiyəsizlikdir. Özünü daim “sülhsevər” bir ölkə kimi göstərən Fransa daim Qafqazda sülhün təmin olunmasında maraqlı olduğunu desədə öz məkrli mövqeyindən əl çəkməyib Xocalı, Cilovluq, 31Mart, Ağdaban, Ballıqaya soyqırımlarını, Başlıbel faciəsini, Malıbəyli və Quşçular qətliamlarını törədən terrorist Ermənistan dövlətinin yanında durmağa davam edir. Bunu da qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnaməni imzalayan ölkələrdən biri də elə Fransadır. İndi hazırladığı çirkin qətnamə ilə öz-özünü inkar etmiş olur və siyasi səriştəsizliyini tam şəkildə ortaya qoyur.