20 
noy
2022
11:35
109

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Fərhad Əhmədovun evində də axtarış aparıldı

20 noy, 2022
11:35
73109

Azərbaycan əsilli Rusiya milyarderi Fərhad Əhmədovun Göyçay rayonundakı evində axtarış aparılıb.
"Turan" İnformasiya Agentliyinin yazdığına görə, məlumatı milyarderin mətbuat katibi Müşfiq Əlizahid təsdiqləyib.
Mətbuat katibi Fərhad Əhmədovun müəssisələrində də axtarış aparılması və hətta saxlanması ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edib.
Onun sözlərinə görə, yalnız onun Göyçaydakı şəxsi evində axtarış aparılıb, müəssisələrdə yoxlama aparılmayıb.
Axtarış zamanı heç nəyin müsadirə olunmadığını deyən Müşfiq Əlizahid bu axtarışın hansısa anlaşılmazlıqla bağlı ola biləcəyini deyib.
"Görünür, bir anlaşılmazlıq baş verib, hər şeyə aydınlıq gətirilib, məsələ bağlanıb, Əhmədovun saxlanılması haqqında məlumat həqiqətə uyğun deyil, o, Azərbaycandadır və öz işləri ilə məşğul olmağa davam edir"- milyarderin mətbuat katibi əlavə edib.
Bu məlumata hələki Azərbaycanın hüquq-mühafizə orqanlarından hər hansı münasibət öyrənmək mümkün olmayıb.
Fərhad Əhmədovun Azərbaycanda bir neçə müəssisəsi, o cümlədən Azərbaycanın Göyçay rayonunda nar şirəsi istehsal edən böyük zavodu var.
Əhmədov Rusiyanın Ukraynadakı hərbi kampaniyası fonunda ABŞ hökumətinin və Avropa İttifaqının elan etdiyi sanksiyalarına məruz qalıb.
Sanksiyaların elanından sonra bu ilin mayında milyarderin qiyməti 400 milyon avro dəyərləndirilən super yaxtası Almaniyanın Hamburq limanında saxlanılıb.
"Süddeutsche Zeitung" qəzeti Almaniya federal polisinə istinadən xəbər verir ki, superyaxtanın sahibi müəyyənləşdirilib.
Bu, milliyyətcə azərbaycanlı Rusiya milyarderi Fərhad Əhmədovdur.
Qəzet yazır ki, 9 göyərtəsi və hovuzu olan bu yaxta 2014-cü ilədək başqa bir rusiyalı milyarderə - Roman Abramoviçə məxsus olub.
"Superyacht" Fan saytında dərc olunmuş məlumata görə, Əhmədov bu yaxtanı Abramoviçdən 300 milyon dollara alıb və bundan sonra yaxta təmir üçün Bremerhafen tərsanəsində təmirə göndərilib.

Bizimlə əlaqə saxlayın