24 
mar
2022
11:01
66

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ərdoğan bu gün Baydenlə görüşəcək

24 mar, 2022
11:01
766

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq.
“Hürriyət” xəbər verir ki, tərəflər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər.
Türkiyə liderinin, həmçinin NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcəyi gözlənilir.
Qeyd edək ki, NATO sammitində Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. R.T.Ərdoğan və C.Bayden toplantıda iştirak etmək üçün Brüsseldə səfərdədirlər.

Bizimlə əlaqə saxlayın