27 
noy
2022
11:03
132

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ağdaşda BİYABIRÇILIQ! Müəllim şagirdə təcavüz etdi – ŞOK FAKTLAR

27 noy, 2022
11:03
98132

Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə yaşanıb.

Turkdunyasi.az KanalS.az-a istinadən xəbər verir ki, sözü gedən orta məktəbdə bədən tərbiyyə müəllimi kimi çalışan Anar Şahmuradov bir neçə şagirdinə “Sevgili” olmağı təklif edib.
Şikayətçi Şəbnəm adlı xanım müraciətində bildirir ki, 6 ay bundan öncə 3 saylı orta məktəbdə adını açıqlamağa izni olmayan başqa sinif şagirdi Anar Şahmuradov tərəfindən təcavüz xarakterli hərəkətlərə uğradığını qızından öyrənib. Bundan narahat olan Şəbnəm xanım övladını qarşısına qoyub, sorğu sual aparıb. Aydın olub ki, 2 il öncə, Şəbnəmin 2020-ci ildə 6-cı sinifdə oxuyan qızına Anar müəllim təcavüz etməyə cəhd göstərib və otaqda sıxışdırılaraq “sevgili olaq” deyərək təzyiq göstərib, otaqdan buraxmayıb, sevgili olmağa razılaşana qədər.
Məsələdən dərhal sonra ailə bu haqda məktəbin direktoruna, aidiyyatı qurumlara, müraciət etsə də məsələ həllini tapmayıb.
Bundan əlavə 6 ay öncə digər şagirdin sinif rəhbəri İnci müəllimə məsələdən xəbərdar olduğu və məsələni ört bastır etməsi barədə səs yazıları üzə çıxıb…
Foto və səs yazısı sosial şəbəkəkərdə sürətlə yayımlanıb.
 
Mövzuya qayıdacağıq…
KanalS.az

Bizimlə əlaqə saxlayın