E-mail: [email protected]
Dağlıq Qarabağda erməni işğalı başa çatdıqdan sonra İran administrasiyasının Azərbaycanla bağlı son bəyanatları və İranın sərhəddə keçirdiyi genişmiqyaslı hərbi təlimlər iki ölkə arasında gərginliyə səbəb oldu.
Azərbaycanla İran arasında uzun müddətdir ki, ciddi gərginlik var. Təbii ki, bu sualın cavablandırılması lazım olan prosesdən, yəni Azərbaycanla İran arasındakı gərginliyin bu günə necə gəlib çatmasından danışaq. 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Şanlı qələbədən sonra yaranmış vəziyyət bəzi regional gücləri narahat edirdi. İran isə regionda yaranmış yeni geosiyasi vəziyyətdən ən çox narahat olan ölkələrdən biri idi. Həmin gün İran administrasiyası Ermənistanın Qafan şəhərində Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin planlaşdırılan marşrutunun yaxınlığında yerləşən Baş Konsulluğunu açıb. Açılış mərasimində çıxış edən İranın xarici işlər naziri Abdullahiyan bildirib ki, ölkəsinin Qafanda Baş Konsulluq açmaq qərarı İran və Ermənistan xalqları arasında uzunmüddətli və tarixi əlaqələrin dərinliyini göstərir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, ölkəsi Azərbaycan türklərinin İrandakı simvol şəhəri kimi tanınan Təbrizdə konsulluq açmağı planlaşdırır. Bu hadisələrlə İran və Ermənistan arasında münasibətlər son zamanlar sürət qazanıb. Bu kontekstdə Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 1-də nümayəndə heyəti ilə Tehrana səfər edib və prezident İbrahim Rəisi ilə görüşüb. Azərbaycan həmin gün “İran kəşfiyyat xidmətlərinin nəzarəti altında yaradılmış” qeyri-qanuni silahlı qruplaşmanın üzvlərini müəyyən edib saxladığını açıqlamışdı. İranın sərhəddə keçirdiyi təlimlərdən sonra Azərbaycan Ordusu da noyabrın 2-də İran sərhədində təlimlərə başlayıb. Təlimdə hava qüvvələri, raket və artilleriya bölmələri iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşada Qarabağ Qələbəsinin 2-ci ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında "Burada əsas söz və güc bizimdir. Ordumuz qəhrəmanlıq göstərib. Lazım gələrsə , biz bunu bir daha göstərib istədiyimizə nail olacağıq. Bunu edəcəyik. Bunu hamı bilir. Ermənistanı dəstəkləmək üçün sərhədimizdə hərbi təlim keçirənlər də bilməlidir. Bizi heç kim qorxuda bilməz". ifadələrdən istifadə etmişdir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bir gün sonra Əliyevin açıqlamalarına cavab vermişdi. Kenani İran qüvvələrinin Azərbaycan sərhəddində keçirdiyi hərbi təlimin “əvvəlcədən planlaşdırılmış və rutin bir təlim” olduğunu və qonşu ölkələrin təlimlə bağlı əvvəlcədən
məlumatlandırıldığını iddia edib. Bu prosesdə bir-birini hədəf alan verilişlər Tehran və Bakının dövlət mediasında da yer alıb. Xüsusən də İran mətbuatında Azərbaycan ordusunun işğal altında olan torpaqlarını azad etməsindən sonra Bakıya qarşı başlayan qərəzli xəbərlər son zamanlar fərqli çalar alıb. Tehran və Bakı tez bir zamanda ciddi siyasi danışıqlara başlamalı və qarşılıqlı qeyri-müəyyənliklərini bir-birinə birbaşa və açıq şəkildə çatdırmalıdırlar. İki tərəf arasında birbaşa danışıqlar şübhəsiz ki, siyasi mühiti sakitləşdirəcək və həmçinin son gərginliyin nəticələri ilə bağlı ictimai narahatlığı aradan qaldıracaq.
İbrahim İbrahimli
“Bir Təbəssüm” Gənclər Birliyinin Sədri,
ictimai-siyasi fəal