E-mail: [email protected]
"Əbədi Birlik" Gənclər İctimai Birliyi və “Əbədi Birlik” Türk dünyası komitəsinin təşkilatçılığı ilə "Türk birliyi daha da güclənəcək!" mövzusunda görüş keçirilib.
"Əbədi Birlik" Gənclər İctimai Birliyi və “Əbədi Birlik” Türk dünyası komitəsinin təşkilatçılığı ilə "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçir
Turkdunyasi.az xəbər verir ki, Görüşün fəxri qonağı Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Özbəkistan dostluq qrupunun sədri Osman Mesten olub.
Görüş Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin və Əbədi Birlik Türk dünyası komitəsinin sədri Ayşə Sevgi Hacaloğlunun açılış nitqi ilə başlayıb. Osman Mesten “Türk sözünün mənası nədir?” , “Türk kimdir?” , “Türk dövlətləri birliyinin inkişafı” mövzularına toxunulmuşdur.
Gənclərdə maraq doğuran suallar cavablandırılmışdır.
Son olaraq "Əbədi Birlik" Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Osman Mestenə dəvəti qəbul edib, gəncləri maarifləndirdiyi üçün təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, görüşdə Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstandan gənclər iştirak etmişdir.