E-mail: [email protected]
Ailə dəyərlərinin mövcud olmadığı cəmiyyət məhvə məhkumdur!
Tarixin bütün dövrlərində Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərə, mədəniyyətə və mentalitetə söykənən ailə dəyərləri mövcud olmuş, qorunub saxlanmış və gələcək nəsillərə ötürülmüşdür. Bu ənənə müasir dövrdə bütün çətinliklərə baxmayaraq davam etdirilir.
Azərbaycan gəncliyinin bir qrup nümayəndəsi bəzən "avropalaşmaq", "müasirləşmək", "inteqrasiya etmək" adı altında özləri də bilmədən və ya bilərəkdən milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə böyük zərbə vururlar. Əgər, xalqımız ali dəyərləri özündə birləşdirən keyfiyyətlərini itirərsə sonumuz heç yaxşı olmaz. Azərbaycan xalqı ilə Avropalılar arasında fərq çoxdur. Məsələyə əxlaqi və ailə dəyərləri nöqteyi-nəzərdən yanaşdıqda fərqi daha aydın görə bilərik. Düşünürəm ki, Avropada bizim izləyə və götürə biləcəyimiz tək şey elmi-texniki tərəqqi və onun naliyyətlərindən düzgün istifadə yollarıdır.
Məktəblərində şagirdlərə: "Sevgi sərbəstdir. Siz hər biriniz öz həmcinsinizlə və ya əks cinslə ailə və cinsi əlaqə qura bilərsiniz" kimi fikirlər öyrədilən cəmiyyətdən heç vaxt əxlaq və mədəniyyət öyrənə bilmərik, əksinə öyrədə bilərik ki, bu da mümkünsüz görünür. Zamanında mədəniyyət şərqdən-qərbə gedəndə Avropalıların həyatı dəyişdi, vəhşilikdən insanlığa keçid etdilər, əhilləşdilər. Ancaq bu gün biz görürük ki, onlar əvvəlki iyrəncliklərinə geri dönürlər.
Xalqımız daim əxlaqi dəyərlərə yüksək həssaslıqla yanaşır. Bu həmdə genetik məsələdir. Vahid etnik kökü, minilliklərə söykənən dəyərləri olan etnik qruplarda pozğunluqlar demək olar ki, müşahidə olunmur. Müasir dövrdə ailə dəyərlərinin mövcud olmadığı, əxlaqsızlığın baş alıb getdiyi cəmiyyətlər hər birimizə məlumdur. Bu cəmiyyətləri formalaşdıran etniklərin tarixinə nəzər saldıqda bunun indinin işi olmadığını, cəmiyyəti yaradanların kökündə məhz əxlaqsızlığın durduğunu, yaranmış mənzərənin qaçılmaz tarixi proses olduğunu görə bilərik.
Uzun sözün qısası əlimizdə olanları qorumaq, saxlamaq və gələcək nəsillərə ötürməyin həyati əhəmiyyət daşıdığını, bunun gələcəyimizi həll etdiyini dərindən dərk etməli və ona uyğun hərəkət etməliyik!
Anar Salehoğlu