E-mail: [email protected]
Ağcabədidə kanal9.info -nun xidməti avtomobilin hücum edildi Video
Türkdünyası.az xəbər verir ki, 27 noyabr 2022 ci il tarixdə "Kanal 9" informasiya agentliyinə məxsus VAZ 2106 markalı avtomobil Ağcabədi rayon ərazisində Ağcabədi rayon sakini Əmirxan kamil oğlunun hücumuna məruz qalmışdır. Belə ki Əmirxan adlı şəxs qəsdən redaksiyanın xidməti avtomobilini əvvəlcə idarə etdiyi Qaz 24 Volqa markalı avtomobilə vuraraq daha sonra isə təpiklə müxtəlif hissələrini əzmişdir. Bu barədə ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verdik polis əməkdaşları isə bizi köməklik göstərərək polıs şöbəsinə apardılar və xeyli müddətdən sonra isə Əmirxan adlı şəxsi evindən taparaq polis şöbəsinə ğətirdilər və hər iki tərəfin izahatı alındıqdan sonra sərbəst buraxıldı sanki hecnə olmamış kimi məlumat üçün bildirək ki polis şöbəsi tərəfindən redaksiyanın avtomobilinə baxış belə keçirilmədi nə də ki, foto şəkil çəkilmədi. Həmin görüntüləri təqdim edirik. ümid edirik ki, Ağcabədi rayon polis şöbəsi bu öz başınalığa xülqanlığa biganə qalmayacaq və Əmirxan Kamil oğlu barəsində hüquqi tədbir görəcəkdir. Arzu Qarabağlı Esmira Elgün kanal9 Ağcabədi. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq