11 
dek
2022
15:54
65

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət etdi -FOTO

11 dek, 2022
15:54
765

Haqq Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Əli İnsanov sosial şəbəkədə “Vəfa borcumu verdim” başlığı ilə paylaşım edib.
“Azərbaycan Xalqının Lideri  Heydər Əliyevin  12 dekabr Anım Günü münasibətilə  Fəxri Xiyabanda məzarını ziyarət etdim, ruhuna dualar oxudum.  Sonra unudulmaz xeyirxahımız, Akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi, fəxrimiz Əziz Əliyevin, əziz müəllimim, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin, vəfalı dostum, Akademik Cəlal Əliyevin və əziz müəllimim, Milli Elmlər Akademiyasının müxbir üzvü Aqil Əliyevin məzarlarını da ziyarət etdim.  Ruhları şad, məkanları cənnət olsun. Amin!”, - deyə Əli İnsanov qeyd edib.

Bizimlə əlaqə saxlayın