11 
dek
2022
22:17
123

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gəncədə QOHUMLARIN DAVASI: Bir nəfər güllələndi, 2 nəfər bıçaqlanıb... -FOTO

11 dek, 2022
22:17
2123

Gəncədə kütləvi dava zamanı ölən və xəsarət alanların adları məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı 42 yaşlı Əli Məmmədov qətlə yetirilib.
36 yaşlı Kamal Bayramov və 28 yaşlı Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarət alıblar.  
Məlumata görə, qohumlar arasında baş verən davaya pul məsələsi səbəb olub.
Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub. Zəruri əməliyyat-istintaq hərəkətləri yerinə yetirilir.
***
21.05
Gəncədə qətlə yetirilən şəxs "Vinçester" markalı tüfənglə güllələnib.
Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın yerli bürosu məlumat əldə edib.    
***
20.55
Gəncədə kütləvi dava olub.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.
Dava zamanı bir nəfər güllənərək öldürülüb, iki nəfər bıçaqlanıb. 
Bıçaqlanan şəxslər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Gəncədə QOHUMLARIN DAVASI:  Bir nəfər güllələndi,  2 nəfər bıçaqlanıb... -FOTOGəncədə QOHUMLARIN DAVASI:  Bir nəfər güllələndi,  2 nəfər bıçaqlanıb... -FOTO

Bizimlə əlaqə saxlayın