12 
dek
2022
16:33
95

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Son dəqiqə: Laçın-Şuşa yolunda tonqallar qalandı

12 dek, 2022
16:33
695

“Artıq 7 saatdır ki, aksiyamız davam edir. Hamı Andrey Volkovun bura gəlməsini gözləyir”. 
Bu sözləri Yenisabah.az-a açıqlamasında Laçın-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib. 
N.Azəri bildirib ki, A.Volkov əraziyə gəlməmək üçün israr edir:
“Onlar havanın qaralmasını və bizim soyuğa tab gətirməyərək ərazini tərk etməyimizi gözləyir. Biz isə geri çəkilmək niyətində deyilik. Artıq ərazidə tonqallar yandırılıb. Volkov gələnə kimi aksiyanı davam etdirəcəyik. Lazım gəlsə, gecəni tonqal başında keçirəcəyik. Nə soyuq, nə şaxta, nə də sülhməramlılar bizim iradəmizi qırmağa qadir deyil”. 

Bizimlə əlaqə saxlayın