13 
dek
2022
13:42
118
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Ucar xəstəxanasının qarşısında intihara cəhdin qarşısı alınıb
13 dek, 2022
13:42
7118
Ucar xəstəxanasının qarşısında intihara cəhdin qarşısı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.
O bildirib ki, dekabrın 10-da Ucar rayon sakini O.Ələkbərov Rayon Mərkəzi Xəstəxanasının qarşısında üzləşdiyi problemlə bağlı özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan Ucar Rayon Polis Şöbəsinin (RPŞ) Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən alınıb və vətəndaş polis şöbəsinə gətirilərək problemləri dinlənilib.
O.Ələkbərovu narahat edən məsələ ilə bağlı RPŞ-nin Təhqiqat Bölməsində ilkin araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.