E-mail: [email protected]
QHT nümayəndələrinin və Ekoloqların Sülhməramlılara qarşı etiraz aksiyalarını dəstəkləyirik!
Azərbaycanın haqq savaşı 44 günlük vətən müharibəsində şanlı qələbə ilə sonlandı. Müharibənin hər günü Ermənistan dahada zəiflədi, dalana dirəndi və 10 noyabr üçtərəfli bəyanata imza atmağa məcbur oldu. Bəyənatı harada imzaladı, oda bəlli olmadı. Əldə olunmuş razılaşmaya görə Rusiya sülhməramlıları Qarabağa yerləşdirildi və onlara müəyyən öhdəliklər verildi. Onların ən əsas vəzifələri isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qədər tərəflər arasında münaqişələrin qarşısını almaq, sülh və sabitliyi qorumaq idi. Ancaq Rusiya sülhməramlıları öz işlərini görməkdənsə başqa işlərlə məşğul olmağa başladılar. Obyektiv olmalı olduqları halda Qarabağda yerləşən erməni separatçılarına dəstək verməkdən çəkinmədilər və çəkinmirlər. Bu isə onların işinə tamamilə ziddir. Son olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının monitorinq üçün işğaldan azad olunmuş ərazilərə səfərinin qarşısını almaqla, jurnalistlərə qarşı müqavimət göstərməklə öz vəzifələrini yerinə yetirmədiklərini, erməniməramlı olduqlarını bir daha sübut etdilər. QHT nümayəndələrinin və Ekoloqların Sülhməramlılara qarşı etiraz aksiyalarına başlamlarını biz dəstəkləyir və alqışlayırıq. Düşmənlərimiz unutmasınlar ki, dəmir yumruq yerindədir və lazım gəldikdə öz funksiyasını 44 günlük vətən müharibəsində olduğu kimi tam yerinə yetirəcək və sözsüz ki, buna qadirdir.
Ölkə prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzu ölkəmizin də nüfuzunun artmasına bilavasitə təsir göstərir. Hal-hazırda Azərbaycan Cənubi Qafqazın ən böyük və ən qüdrətli dövlətidir. O, cümlədən Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır. Bütün bunlar Azərbaycanın dünyəvi əhəmiyyətinin göstəricisidir. Düşmənlərimizin bu amildən qorxması təəccüb doğurmur.
Ermənilərin havadarları tərəfindən ortalığa çıxarılan və müəyyən məqsədlər uğrunda alət kimi istifadə edilən Ruben Vardanyan kimilərinə isə demək istəyirəm ki, Azərbaycan erməni faşizmni susdurmağı, terrorist ermənilərə dərs verməyi yaxşı bilir. Ermənistan və bütün dünya 44 günlük vətən müharibəsində bu nümunənin şahidi olub. Ruben Vardanyan özünü Qarabağ ermənilərinin "Ağası" kimi aparır. O, deyəsən "babası" Andranikin başına gələnləri unudub?! O, zaman biz yadına salarıq. Ruben Vardanyanı da Andranik kimi qulağını kəsib göndərərik gəldiyi yerə. Ruben Vardanyan milyonçu və kiminsə maşası ola bilər. Ancaq Azərbaycan hakimiyyəti və xalqı üçün bu nüanslar maraq doğurmur. Biz milli maraqlarımıza zidd olan bütün hallara qarşıyıq. Onların aradan qaldırılmasına da qadirik. Rusiya sülhməramlıları və Ruben Vardanyan kimi əlaltılar əgər öz işləri ilə məşğul olmamağa davam etsələr, milli maraqlarımıza zidd getsələr, ərazi bütövlüyümüzə və suverenliyimizə təhdidlər yaratsalar Azərbaycanın cavabı çox ağır və qəti olacaq.
İlham Məmmədov,
Milli Məclisin deputatı