15 
dek
2022
21:20
102

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Yeni ildə qiymətlər yenidən artacaq: Ət, yağ, düyü...

15 dek, 2022
21:20
12102

Azərbaycanda kəskin qiymət artımı rəsmi şəkildə belə etiraf olunub. Milli Məclisdə çıxışı zamanı baş nazir Əli Əsədov bildirib ki, ərzaq qiymətlərində 60% artıma görə inflyasiya ikirəqəmli həddə çatıb.
Bir sıra analitiklər bunu Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olan qıtlıqla izah etsə də, bu tendensiya Azərbaycanda öncəki illərdə də özünü büruzə verib.

Yeni il ərəfəsində bir çox məhsullarda növbəti qiymət artımı gözlənilir.
İqtisadçı ekspert Natiq Cəfərli Yenisabah.az-a açıqlamasında deyib ki, ölkədə qida məhsullarındakı qiymət artımı artıq başlayıb. 
Onun sözlərinə görə, bu həm də bayram ajiotajı ilə bağlıdır:
“Bu, əsasən, qırmızı ət, yağ, yumurta, düyü və s. məhsullardır. Doğrudur, bayramlarda istifadə olunan digər spesifik məhsullar da var ki, onların da qiyməti artıq qəpik-qəpik artmaqdadır. Bəzən insanlar bunu hiss etmirlər, çünki həftəlik 5-10 qəpik artım olanda bu, o qədər də nəzərə çarpmır. Lakin keçən ilin eyni dövrü və yaxud 6 ay öncəki qiymətlərlə müqayisə edəndə bu, daha aydın görünür ki, qiymətlər nə qədər sürətlə bahalaşır.
Ona görə də indi qiymət artımını bir daha əyani görəcəyik və proses əslində, çoxdan başlayıb. Yeni ildən sonra yay aylarına qədər qiymətlərdə müəyyən sabitləşmə dövrü olub. Ondan sonra isə eyni alqoritm təkrarlanıb. Hətta rəsmi rəqəmlərdə də bu, özünü göstərir. Qısası, illərdir ki, eyni şey davam etməkdədir”.

Bizimlə əlaqə saxlayın