E-mail: [email protected]
Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB
Şamaxıda 3,2 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 23:09-da Qobustan stansiyasından 24 kilometr qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb.
Qeyd edək ki, zəlzələ hiss olunmayıb.
23:44
Azərbaycanda 3,9 maqnitudada zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:04-də Saatlı stansiyasından 22 kilometr cənub-şərqdə, Saatlı rayonunda qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.