18 
dek
2022
12:02
107

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İran həbsxanasında iğtişaş baş verib: Ölənlər var

18 dek, 2022
12:02
9107

İranın paytaxtı Tehranın şimal-qərbində yerləşən Kərəc həbsxanasında baş verən iğtişaşlar zamanı bir məhbus ölüb, çoxlu sayda məhbus yaralanıb.
İRNA xəbər verir ki, hadisə ilə bağlı Əlburz şəhərinin baş prokuroru Hüseyn Fəzli Herikəndi açıqlama verib. Onun sözlərinə görə, narkotik maddələrlə bağlı mühakimə olunan məhbuslar arasında toqquşmalar olub, təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra iğtişaşlar dayanıb. Yaralanan iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı bildirib ki, həbsxana rəhbərliyi ölüm hökmü verilən məhbusu edam üçün başqa kameraya köçürdükdən sonra məhbuslar qiyam qaldırıb.

Bizimlə əlaqə saxlayın