E-mail: [email protected]
Bakı Şəhər Yaşıllaşdırma Birliyinin “məscidə it bağlayanları”
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ( YTB ) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı əsasında ləğv edilmiş Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin hüquqi varisidir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir.
BİRLİK istər keçmiş Sovet respublikaları və istərsə də digər xarici ölkələrdən müxtəlif əkin materialları (tinglər, ot toxumları, gül toxumları, güL şitilləri), müxtəlif avadanlıqlar və texnikalar almaq səlahiyyətinə malikdir.
BİRLİK Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Bakı şəhər İcra Hakimiyyətinin razılığı əsasında özünün törəmə müəssisələrini yaratmaq və ya ləğv etmək hüququna malikdir.
BİRLİK geniş bir struktura mailkidir: "Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi; Bitkilərin Mühafizəsi Stansiyası; Ağac Bəzək Bitkiləri Sovxozu; Avtonəqliyyat idarəsi; Su quyularının İstismarı və Təmiri xidməti idarəsi.
BİRLİK bu təşkilatların vasitəsilə Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, zeytun plantasiyalarının salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi, toxumçuluğun inkişafı, güllüklərin salınması, habelə şəhər əhalisinin gül və gül məhsulları ilə təmin edilməsi, minimal xərclərlə əmək məhsuldarlığının artırılması, əsas fondların istifadə edilməsinin yaxşılaşdırılması, əkin, material və maliyyə vasitələrindən səmərəli istifadəsini təmin edir.
Son bir neçə ildə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ( YTB) rəhbərləri dəfələrlə dəyişdirilib. Belə ki, Eldar Əzizov Bakı ŞİH-nin başçısı olandan sonra uzun illər, daha dəqiq desək, 2001-ci ildən YTB-nin baş direktoru professor Vaqif Novruzova töhmət verərək onu vəzifəsindən azad elədi və Elşən Məmmədzadəni onun yerinə təyin etdi. Elşən Məmmədzadə işə çıxan gündən portfelini götürüb, sahələrə çıxdı və qarşısına çıxan işçilərə deyirdi ki, uşaqlar nə olur olsun pul qazanmaq lazımdır. BŞİH Elşən Məmmədzadənin işləyə bilmədiyini görüb, mənzil kommunal idarəsində işləyən, ixtisasca kimya müəllimi, uzun müddət Nizami rayonunda hərbi komissar işləmiş, Mirdamət Seyidovu YTB-yə müavin təyin etdi və bütün səlahiyyətləri ona verdi. O gündən, Elşənin baş direktorluğu formal xarakter daşıdı və YTB-nin qara günləri M.Seyidov gələndən başladı. O, öz maddi maraqlarına görə əsl mütəxəsisləri işdən kənarlaşdıraraq, yaşıllıqdan başı çıxmayan qeyri ixtisas sahiblərini birliyə işə götürdülər. Bunun üçün aqronom ixtisaslarını ləğv edərək, usta ştatı ilə əvəz etdilər. Bunu ona görə edirlər ki, ixtisası olmayan qohum-əqrəbalarını və dövlətdən yüksək təqaüd alan hərbi tanışlarını yerləşdirmək asan olsun. Mirdamət Seyidov bilərəkdən sahələrdən işçilərin işə davamiyyət tabelini yığışdirdı ki, işçilər qol çəkəndə onun üçün saxlanılan ölü canları görməsinlər. Köhnə işçilərin və mütəxəsislərin işdən çıxarılması Mirdamət Seyidovun diqtəsi ilə YTB-nin baş direktoru H.Əmrahov tərəfindən bu gün də davam etdirilir.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitki mühafizəsi şöbəsinin vəzifəsi aidiyyatı qurumlarla, o cümlədən, Dövlət Ekoloji Ekspertiza Agentliyi ilə birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısını hazırlamaq, utilizasiya edilən ağacların yerinin dezinfeksiya edildikdən sonra mövsüm ərzində burada yeni ağaclar əkmək və s. ibarətdir. Bitkilərin mühafizəsi stansiyasının müdiri Şaiq Vəliyevin axirincı iş yeri Binəqədi rayonunda JEK müdiri olub. Onun adı Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovun hakimiyyəti dövründə qanunsuz tikililərə nəzarət etməklə, pul yığmaqla məşğul olan Mirpaşa ilə işbirliyində birgə hallanıb. Bildirilir ki, Şaiq Vəliyev hazırki vəzifəsinə gələndən sonra öz köhnə korrupsioner ortağı Mirpaşanı yanına çəkib. Mirpaşanın günahları isə məscidə it bağlayan adaşının günahlarından daha çoxdur. Vaxtilə X.İsgəndərovun adından açıq-aşkar “bazarlıq” edən, vətəndaşların obyektlərini və evlərini sökən bu şəxslər açıq şəkildə bildirirdilər ki, onlara bu tapşırıqları kimsə yox, birbaşa olaraq icra başçısı özü verir: “Ya inşaat yarımçıq qalacaq, ya da tikilən evlər söküləcək”.
Bu gün Bakı şəhərində yaşıllıqların, bitkilərin mühafizəsinə cavabdeh olan Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bitki mühafizəsi şöbəsinin bəzi əməkdaşlarının qeyri-qanuni hərəkətlərinə, cinayət törətmiş, yaşıllıqlara qənim kəsilmiş tərəflərlə müəyyən maraqlar müqabilində sövdələşmələrə getdikləri barədə məlumatlara rast gəlinir. Burada sərt korrupsiya qanunları mövcuddur və əməkdaşlardan kimlərsə özündən yuxarıda duran vəzifəli şəxslərdən bircə haram manat belə gizlədərsə, iş yoldaşları tərəfindən “torbası tikilir”. Yeri gəlmişkən, bu müstəvidə Dövlət Ekoloji Ekspertiza Agentliyi də haram qazanca iddialı şərik qismində çıxış edir. Şaiq Vəliyev əvvəlcə KİV-ə həmin xəyanətkar əməkdaşlar barədə, onların pul alıb göz yumduqları, yaşıllıqların məhv edilməsi hesabına açılan yerlərdə inşa olunmuş obyektlər barədə mətbuata informasiya ötürür, sonra da həmin materiala istinad edərək təqsirkarın “boğazına çökürlər”. Amma əlbəttə ki, əsas məqsəd yaşıllığı qorumaq deyil, aldığı rüşvəti gizlədən əməkdaşları cəzalandırmaqdır. Hətta bəzi əməkdaşların özlərinə də ağacların biur qayda olaraq budama adı ilə kəsilməsinə başlamaq tapşırığı verildiyi, sonra isə rüşvət tələbi tam yetirilmədiyi təqdirdə KİV-in əli ilə “faktın ifşa edilməsi” halları da yer almışdır. İndiyədək şöbənin yerlərdəki təmsilçiləri olan Əhliman və Ramil kimi əməkdaşları rəhbərliyin belə “dovşana qaç, tazıya tut” deyən ikiüzlü siyasətinə məruz qalıblar.
Mövzuya qayıdacağıq.
İbrahim Hümbətov