E-mail: [email protected]
Türkiyə qabaqcıl HHM sistemlərinin istehsalına başlayacaq
Ölkənin hava hücumundan müdafiəsini gücləndirmək proqramı çərçivəsində Türkiyədə qabaqcıl hava hücumundan müdafiə sistemlərinin istehsalına başlanılması planlaşdırılır.
Bu barədə qərar çərşənbə axşamı prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən hərbi sənaye kompleksinin icraiyyə komitəsinin iclasında qəbul edilib.
O cümlədən, “Siper”, “Hisar”, “Sunqur” sistemlərinin yeni növlərinin, eləcə də bəzi növ raket silahlarının və sursatlarının istehsalına başlanılacağı bildirilib. Vurğulanıb ki, Rusiyanın S-400 və ABŞ-nin “Patriot”larına alternativ olaraq Türkiyədə yaradılmış “Siper” sisteminin 2026-cı ilə qədər milli hava hücumundan müdafiə sisteminin əsasını təşkil etməlidir.
Toplantıda ümumilikdə müdafiə sənayesi üzrə 25 layihə üzrə qərarlar qəbul edilib.
İclasda Türkiyədə istehsal olunan PUA-ların təkmilləşdirilməsi və “Bayraktar Kızılelma” pilotsuz qırıcının instifadəyə verilməsi məsələlərinə də baxılıb.
Mənbə: Haber Global