26 
dek
2022
15:50
93

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Həyat yoldaşım məktəb direktorudur deyə susmalıyam?!” - Əməkdar jurnalistdən ETİRAZ

26 dek, 2022
15:50
793

“Həyat yoldaşım Almaz Həsrət məktəb direktorudur deyə təhsillə bağlı fikirlərimi yazmamalıyam? Təhsil sahəsinə aid nəsə bir tənqid yazan kimi birisi o tərəfdən pırt eləyib çıxır ortalığa və xatırladır ki, “sizin xanımız da məktəb direktorudur”. Yəni sus...” 
Bu sözləri Əməkdar jurnalist Azər Həsrət deyib. Sosial şəbəkə hesabında tez-tez təhsillə bağlı tənqidi fikirlər səsləndirən jurnalist həyat yoldaşının məktəb direktoru olmasına baxmayaraq, hər zaman obyektiv fikirlər yazdığını qeyd edib: 
“Bu nə təfəkkürdür sizdə? Əlbəttə, bir çoxları kimi işimizə, əlaqələrimizə görə susa bilərdim. Bu susmaqla fərdi baxımdan faydalana da bilərdim. Bəs mənim vicdanım? Şəxsi maraqlarım üçün susacağımı arzu edənlər, ağlınız özünüzə getməsin. Həm də mənim həyat yoldaşım sizin o toz qondurmaq istəmədiyiniz bəzi təhsil işçilərindən fərqli olaraq rüşvət almır, rüşvətlə işə təyin edilməyib, uşaqlardan, onların ata-analarından, müəllimlərdən süpürgə pulu yığacaq qədər səviyyəsiz də deyil. Yəni üzümüz ağdır, alnımız da açıq. Ona görə də yeri gələndə özümüzü belə tənqid edirik. Özünü tənqid edən şəxslər olaraq niyə başqa məsələlərdə tənqid səsləndirməyək? Zay işlərinizi bizim tənqidimizdən gizlətmək üçün ikidə bir həyat yoldaşımın da təhsil sistemində işlədiyini müzakirə müstəvisinə çıxarmayın. Zatən bunu deməklə yeni bir sirr açmırsınız. Çünki onun özü də kifayət qədər ictimaiyyətə açıq birisidir və necə təhsil işçisi olduğunu istər rəhbərlik etdiyi kollektivdən, istərsə də onun 10 illərdir keçdiyi təhsil qurumlarından öyrənə bilərsiniz”. 
ƏSMƏTXANIM

Bizimlə əlaqə saxlayın