yan
2023
21:51
72

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Yasamal rayonunda birmərtəbəli tikilidə yanğın olub

7 yan, 2023
21:51
1172

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 20 kvadratmetr olan birmərtəbəli taxta və dəmir konstruksiyalardan ibarət tikili yanıb, yanğının bitişik obyektlərə keçməsinin qarşısı alınıb.

Bizimlə əlaqə saxlayın