E-mail: [email protected]
ADY-dən kəskin hava şəraiti ilə bağlı tədbir: Aidiyyəti müəssisələrə xəbərdarlıq teleqramları göndərildi
Artıq axşam saatlarında hava şəraiti müəyyən qədər dəyişib.
Paytaxt Bakıda və ölkəmizin digər bölgələrində sərt iqlimşərtləri özünü göstərməkdədir.
Aidiyyəti qurumlar isə öz fəaliyyət sahələri ilə bağlı, səlahiyyətləri çərçivəsində kəskin hava dəyişikliyi müşahidə ediləcək günlər üçün görülən və görüləcək qabaqlayıcı tədbirlər barədə son məlumatları ictimailəşdirməyə davam edirlər.
Qurumdan bildirilib ki, “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planına uyğun olaraq, 2022-ci ilin payız mövsümündən başlayaraq bütün təsərrüfatlar üzrə baxışlar həyata keçirilib.
“Müvafiq texnikalar saz vəziyyətə gətirilib, dəmir yollarında hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi məqsədilə lazımi tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dekabrın 8-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumatı ilə əlaqədar ADY-nin aidiyyəti müəssisələrinə xəbərdarlıq teleqramı göndərilib və əlavə tədbirlər planı həyata keçirilməkdədir”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dekabrın 8-dən hava şəraiti dəyişəcək. Bəzi yerlərdə 15 dərəcəyədək şaxta müşahidə ediləcək.