yan
2023
19:20
72

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib

8 yan, 2023
19:20
1272

Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib.

Bəzi kiçiktutumlu avtomobillər hərəkət zamanı sürüşərək yolda qalıblar.

MMC-nin sahə rəisi Eldar İsrafilov sürücülərə təhlükəsizlik məqsədilə axşam saatlarında alternativ yollardan, eləcə də Bakı-Qazax yolundan istifadə etməyi məsləhət görür.

Hazırda yolların qardan təmizlənməsi məqsədilə 4 nömrəli Magistral Yolları İstismarı MMC-nin ağır texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub və yollara duz, qum səpərək dolaylarda avtomobillərin intensiv hərəkətinin tənzimlənməsi işlərini həyata keçirirlər.

Sahə rəisi onu da bildirib ki, Ağsu dolaylarında axşama doğru yolların buz bağlaması istisna olunmur. Sürücülərə bir müddət Ağsu-Kürdəmir yolundan istifadə etmək məqbul sayılır.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın