10 
yan
2023
18:14
61

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

10 yan, 2023
18:14
1161

Yanvarın 8-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində dövlət qeydiyyat nişanının üzərinə örtük çəkilən “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İdarədən verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücü, Bərdə rayon sakini Şamxal Qasımovun narkotik vasitənin təsiri altında olması müəyyənləşdirildiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu, 327.3-cü, 334.3-cü və 511-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən Ş.Qasımov 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın