10 
yan
2023
18:21
54

Tel:+99450 352 82 91
E-mail: [email protected]

FHN: Ötən sutka 20 halda yanğına çıxış üzrə xilasetmə əməliyyatı həyata keçirilib

10 yan, 2023
18:21
854

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 halda yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Turkdunyas.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla yeddi nəfər, o cümlədən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "ВАЗ" markalı minik avtomobilinin yol kənarında dirəyə çırpılması nəticəsində müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan bir nəfər xilas olunub.

Həmçinin Yuxarı Şirvan kanalının Yevlax şəhərinin Xanabad kəndindən keçən hissəsində batması ehtimal olunan bir nəfərin axtarışlarına dalğıc-axtarış qrupu cəlb edilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bizimlə əlaqə saxlayın