10 
yan
2023
18:27
55

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Körpələr evində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

10 yan, 2023
18:27
1455

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən 98 nömrəli körpələr evi-uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Turkdunyasi.az xəbər verir ki, rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı körpələr evi-uşaq bağçasının müdiri tərəfindən qulluq mövqeyindən istifadə edilməklə 2018-2022-ci illərdə külli miqdarda dövlət əmlakının mənimsənilməsinə, bağçada təhsil alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılmasına və faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əməkhaqqı sənədlərinin tərtib edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın