12 
yan
2023
18:23
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

ANAMA: “Birinci Qarabağ müharibəsi dövründən qalan minalara da rast gəlinir”

12 yan, 2023
18:23
669

“Birinci Qarabağ müharibəsi dövründən qalan mina və partlamamış hərbi sursatlar aşkar edilib”.

ANAMA-dan verilən xəbərə görə, aparılan tədqiqat və minatəmizləmə əməliyyatları zamanı Birinci Qarabağ müharibəsi dövründən qalan mina və partlamamış hərbi sursatlara da rast gəlinir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə yanvarın 1-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 2 piyada əleyhinə mina, 7 tank əleyhinə mina və 203 Partlamamış Hərbi Sursat (PHS) aşkarlandığı barədə məlumat yayıb.

Qeyd edilib ki,195 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın