14 
yan
2023
17:12
55

Tel:+99450 352 82 91
E-mail: [email protected]

24 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

14 yan, 2023
17:12
755

Polis əməkdaşlarının yanvarın 13-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 12 kiloqram 73 qramı heroin, 11 kiloqram 29 qramı marixuana, 740 qramı tiryək, 100 qramdan artığı isə metamfetam olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın