27 
yan
2023
14:06
89

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Biləsuvarda Milli qəhrəmanın adına hörmətsizlik - VİDEOFAKT

27 yan, 2023
14:06
789

Biləsuvarda Milli qəhrəmanın adına hörmətsizlik
Biləsuvar rayon sakini Niyazi Məmmədov adlı Facebook istifadəçisi sosial şəbəkədə bir videogörüntü yayımlayıb.

Videogörüntülərdə açıq görünür ki, Şəhərin mərkəzi küçələrindən birində - dillərdə dastan olan Milli qəhrəman Mübariz ibrahimovun adına olan küçədə məişət tullantıları az qala "ayaq tutub yeriyir".
Yaranmış antisanitar vəziyyət həm şəhərin gözəlliyinə kölgə salır, həm ətrafda yaşayan, hərəkət edən insanların sağlamlığı üçün təhlükə saçır, ən başlıcası isə Milli qəhrəmanımızın adına çox böyük hörmətsizlikdir ki, buna da səbəbkar olan Rayon İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyidir.

Güman edirik, qısa zamanda rayon rəhbərliyi məsələ barəsində lazımi tədbirlər görəcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.DogruXeber.az

Bizimlə əlaqə saxlayın