23 
fev
2023
10:50
73
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Rayon taksiləri üçün Bakıda pulsuz dayanacaq yaradıldı
23 fev, 2023
10:50
1273
Bakıdan bölgələrə taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün Bakı Beynəlxalq Avtovağzalında (BBAK) pulsuz dayanacaq yaradılıb.
Bu barədə "Qafqazinfo"ya Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. O bildirib ki, paytaxtın 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksilər üçün BBAK-da ödənişsiz duracaq yeri təşkil edilib:
"Taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, vətəndaş məmnunluğu və təhlükəsizliyi, müxtəlif ərazilərdə tıxacların azaldılması üçün sürücü və sərnişinlərin belə duracaqlarından istifadəsi zəruridir".