E-mail: [email protected]
26 Fevral - Xocalı Soyqırımı ilə əlaqədar Əbədi Birlik Gənclər İctimai Birliyi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə "Xocalıda Son Gecə" adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev, Milli Məclisin deputatı Naqif Həmzəyev, Türk Ağsaqqallar Birliyi-TAİB-in sədr müavini Eyvaz Hünbətov və TAİB idarə heyətinin üzvü Akif Rufullayev, BMT-nin İnsan haqları və müdafiə komitəsinin üzvü Mirdaməd Əzizov, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu, TAİB-in Gənclər Təşkilatının sədri Sübhan Xıdırzadə və digərləri 1992-ci il fevralın 26-da erməni terrorçuları tərəfindən Xocalıda törədilən soyqırımından danışıblar.
Çıxış edənlər vurğulayıblar ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində bütün şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı.
Sonda Xocalı Soyqırımına həsr olunmuş səhnəcik nümayiş olunub.