25 
fev
2023
09:40
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Paytaxtın mərkəzi prospektlərinin birində asfalt örtüyü dəyişdirilir - DYP-dən MÜRACİƏT

25 fev, 2023
09:40
1269

Bakı şəhərində mərkəzi prospektlərin birində asfalt örtüyü dəyişdirilir.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
“Paytaxtın Neftçilər prospekti boyunca Əziz Əliyev küçəsi ilə kəsişmədən Bülbül prospekti ilə kəsişməyədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə aparılan təmir-bərpa işlərini nəzərə alıb 25-26 fevral tarixlərində həmin ərazilərdə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın