26 
fev
2023
16:00
198

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şakir Quliyevin nümayişkaranə ad günü keçirməsi, türk dünyasına hörmətsizlik deyilmi...?

26 fev, 2023
16:00
198



Son dövrlər dövrü mətbuatda və elcədə sosial şəbəkələrdə yazılan, deyilən, video faktlar əsasında çəkilib paylanılan qanunazidd əməllər barədə susqunluq, rəsmi cavab verilməməsi və aidiyyəti orqanların görməməzlikdən gəlmələri, ya qanunların işləməməsindən və yaxud da, bu əməl sahiblərin himayədarlarının daha mötəbər yerdə oturmasından xəbər verir. Çünki belə olmasa idi, əməlləri şübhə doğuran bu adamlar haqqında ciddi araşdırma aparılardı. Amma, təssüflər olsun ki, biz bunun əksini görürük. Həmin adamın etdiklərinə göz yumulur, ya " arxalı köpəy qurd basar" məsəlli daha geniş qanun pozuntusuna rəvac verir. Deyilənlər, yazılanlar nəzərə alnmır.

Belə olmasa idi, aylardı Hirkan Milli Parkında baş verən "ekoloji terror" la bağlı yazdıqlarımız, dediklərimiz, faktlara söykənən video çəkilişlərimiz gizlədilməzdi.
Bu arxayınçılıqlar digər qanunazidd əməllərin artmasına gətirib çıxarır. Nəticədə, bir qrup cinayətkar dəstə cənub zonasında əlbir olub meşələri talan etməzdilər. Demək olar ki, Hirkan Milli Parkının direktoru Aqil Sucayev Milli Parkda "yaşıl soyqırım" törədir. Lakin, Aqil müəllimin cinayətlərinə göz yuman və onları ört-basdır edən 1 saylı Regional Ekologiya TSİ-nin rəisi Şakir Quluyev cənabı,
Hirkan Milli Parkında olan ağacların kütləvi kəsilib işlik material kimi Masallıda kı, sexlərə daşınması, orada kı, Milli Parkın torpaqların ev yeri kimi sakinlərə satılması və sairləri barədə yetərincə məlumatlar dövrü mətbuatın səhifələrindən və sosial şəbəkələrdə özünə yer almazdı.
Ancaq, təəssüflər olsun ki, bununla bağlı adiyyat orqanlar tərəfindən hər hansı bir addım atılmamış, əksinə olaraq orada kı, cinayətlər yerli ekologiya işçiləri tərəfindən gizlədilməsi cəhdləri növbəti cinayyətlərə yol açmışdır.
Biz, bir sayt olaraq, bir neçə dəfə Dövlət Ekoloji Təhlükısizlik Xidməti və 1 saylı Regiinal ETS-nin rəisi Şakir Quliyevin diqqətinə çatdırsaqda, şəxsən onun tərəfindən məsələyə münasibət bildirilməyib.
Saytmıza Milli Parkda olan qırıntılar, ehtiyat meşə torpaqların vətəndaşlara satılması, və digər bu kimi qanunazidd əməllər barədə kifayət qədər etibarlı mənbələrdən məlumat (videoçəkilişlər, fotoşəkillər və s) daxil olmuşdur. Biz sözügedən məlumatları xəbər portallarımızda yayımlamırıq, istəyirik ki, cənub zonasında olan xüsusi müxbirimizlə və sizin əməkdaşların iştirakı ilə (əlimizdə ki, qırıntılar olan yerlərin nöqtələri olmaqla) Milli Parkda olan qırıntıları aşkar edib çəkək. O isə bizə bildirirdi ki, sizinlə getmək lazım deil , mən özüm şəxsən yaxın günlərdə qırıntılar olan dolayları yoxlatdıracam və sizə də bu barədə qısa zaman ərzində məlumat verəcəm. Artıq o vaxtdan bəri bir neçə ay keçməsinə baxmayaraq "orada belə bir şey yoxdur" - deməklə bizi başdan etdilər. Biz isə, sübutlarımızı saytda yerləşdirməklə Milli Parkın dolaylarında olan qırıntıların və digər halların cinayət xarakterli olduğynu bu gündə vurğulamaqda israrlıyıq. Ancaq bizim faktlarımıza baxmayaraq, Şakir Quliyev, qabaqlayıcı tədbir görüb həmin cinayətləri (qırıntıları) gizlədib xırda bir cərimə və ınzıbatı xəta ilə yola vermək istəyib. Bizə israrla belə bir halın olmadığın isbatlamaq istəyən Şakir Quliyev bəs nədən inzibati xətalarla cərimə yazıb...? Həmin kəsilən qırıntıları gizlin yolla dağıtdırmazdı.
Bizim məlumat əsasında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Lənkaran- Astara- Lerik ərazisində apardığı əməliyyat nəticəsində nə qədər mal onlara məxsus idarənin həyatında günlərlə saxlanmazdı.
Bütün bu deyilənlərin, yazılanların cavabsız qalması, tədbir görülməməsi nəticədə harınlığa, özbaşnalığa gətirib çıxartmazdı. Belə ki, baş verən zəlzələ nəticəsində Türk dünyasının matəmi günü, özünün yubleyin
keçirib, şadyanalıq etməzdi.



Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

Şakir Quliyevin  nümayişkaranə ad günü keçirməsi, türk dünyasına hörmətsizlik deyilmi...?
Şakir Quliyevin  nümayişkaranə ad günü keçirməsi, türk dünyasına hörmətsizlik deyilmi...?

P. S. Qardaş Türkiyədə baş verən təbii fəlakətdən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına, bütün qüvvələri səfərbər edib, Qardaş Türkiyənin yanında olduğun böyük sevgi ilə ortaya qoyur. Ancaq Şakir Quliyev keçirdiyi təmtəraqlı ad günündə çəkilən videonu sosial şəbəkələrdə paylaşmaqla, dövlət başçısının etdiklərinə kölgə salır. Yəqin ki, bunu aidiyyatı qrumlar nəzərə alar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ciddi tədbir görər.

Bizimlə əlaqə saxlayın