E-mail: [email protected]
Aslanovun Naftalandan caynağına keçirdiyi SƏRVƏT... - İLGİNC FAKTLAR
Ölkə prezidenti, ali baş komandan İlham Əliyevin dəfələrlə məmurlara xalqa xidmət edin deməsindən nəticə çıxarmayanlar var. "Azərbaycan Reallığı" xəbər verir ki, Bunlardan biri də xalqa yox, cibinə xidmət edən Naftalanın sabiq icra başçısı Natiq Aslanovdur.
Əməlli-başlı iştahı olan bu icra başçısı işlədiyi dövrdə şəhərin büdcəsini həzmi-rabeədən keçirib. Ali baş komandan sözünü də boşuna qeyd etmədik. Sabiq icra başçısı Natiq Aslanov hərbidən yayınan, el dilində desək dezertir məmurlardandır.
Beləliklə, Natiq Aslanovun cəmi 10 min əhalisi olan Naftalandan "qopardığı" əmlakların siyahısını təqdim edirik. Onu da bildirək ki, Aslanovun fəaliyyətinin araşdırılması məqsədi ilə ara-aıra şəhərdən bəzi vəzifə sahibləri sorğu-sual olunsa da, hələlik araşdırmanın effektiv nəticəsi gözə dəymir. Elə olmasaydı, maaşla bu qədər mülkün necə alındığı çoxdan xalqa açıqlanandı!
1. Naftalan şəh, İ.Həsənzadə küçəsi, bina 23 (Naftalan mall),
2. Naftalan şəhəri, bina 15 (gözəllik salonu),
3. Naftalan şəhəri bina 1 (Çinar market),
4. Naftalan şəhəri, bina 2 (Naftalan şəh. Gigiyena və Epidemologiya idarəsi),
5. Şirvan prospekti, Karvan otelin arxası, 1 ha torpaq sahəsi,
6. Karvan otelinə şərik,
7. Naftalan şəh, köhnə hamamın yeri 0,67 ha torpaq sahəsi,
8. Naftalan Safıkürd yolunun sol tərəfi 1.2 ha torpaq sahəsi,
9. Naftalan şəh. İ.Məmmədov küçəsi, Yarımstansiyanın qarşısı 12 sot həyətyanı torpaq sahəsi,
10. Naftalan şəh. Şirvan prospekti Qarabağ otelin qarşısı 0,82 ha torpaq sahəsi,
11. Bakı şəhəri, Abşeron otelin yanı, 320 m² bir milyonluq bina evi.
Qeyd edək ki, şikayət əsasında 3 il öncə Kommunal Təsərrüfat İdarəsində yoxlamalar aparan Korrupsiyaya Qarşı Mübarizə İdarəsi böyük pozuntular qeydə aldı. Sonda 2 məmur ev dustağlığı ilə cəzalandırılıb və əmlakına həbs qoyulub.
Maaş kartlarını ələ keçirməklə edilən bu qanun pozuntusundan icra başçısının necə xəbəri olmaması da böyük maraq doğurur. Axı bu cür işlər özbaşına edilə bilməz.
Mövzunu xalqımızın gözəl bir kəlamı ilə bitirmək istərdik. "Allah gözünüzü doyursun". Bu iştah sizi ya qəbirə, ya da barmaqlıqlar arasına aparacaq. Getdiyiniz hər iki yerdə də sizə o yığdığınız var dövlət gərək olmayacaq. Bu gün arxa çevirdiyiniz, xidmət etməkdən imtina edib nəfsinizə qulluq etdiyiniz xalqın qəzəbindən qorxun.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
AZƏRBAYCANREALLIĞI.COM