15 
mar
2023
20:15
136

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Mədəniyyət işçiləri Od Çərşənbəsini Şəhid ailəsində qeyd etdilər

15 mar, 2023
20:15
12136

"Turkdunyasi.az" xəbər veeir ki, mədəniyyət işçiləri Od Çərşənbəsini Şəhid ailəsində qeyd etdilər.
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin  Kələk, Qarasuçu, Qırıxlı,  Həmənli və Şıxlar Klubların birgə təşkilatçılığı ilə Goranboy rayon Qarasuçu kənd sakini , Azərbaycan Ordusunun Müddətdən Artıq Hərbi Qulluqçusu, 44 günlük Vətən müharibəsi Şəhidi Elməddin Sərdar oğlu Həsrətovun ailəsi ziyarət edilib.
Mədəniyyət işçisi Elçin Tağıyev bayram münasibəti ilə Şəhid ailəsini ürəkdən təbrik etdi.
Şəhidlərimizə uca Allahdan rəhmət, ailəsinə səbr dilədi.
Görüşdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində yüzlərlə Goranboylu  gənclərin  qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu qeyd edən Elçin Tağıyev bildirmişdir.
Çıxış edən mədəniyyət işçiləri  tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürlərini bildiriblər.
Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırılıb.
Bildirdi ki, Möhtətəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Goranboy rayonun da da Şəhid ailələrinə daim diqqət və qayğı göstərilir.
Çıxış edən şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Eyni zamanda əziz və müqəddəs bir gündə Şəhid ailəsini ziyarət edərək, onların sevincinə şərik olduqları və ailələrini ziyarət etdikəlri üçün Mədəniyyət  işçilərinə təşəkkürünü bildirdi.
Sonda Şəhid ailəsində Torpaq Çərşənbəsi münasibəti ilə bayram tonqalı yandırıldı.
 
Mədəniyyət işçiləri Od Çərşənbəsini Şəhid ailəsində qeyd etdilər
 
Mədəniyyət işçiləri Od Çərşənbəsini Şəhid ailəsində qeyd etdilər
 
Mədəniyyət işçiləri Od Çərşənbəsini Şəhid ailəsində qeyd etdilər
 
Mədəniyyət işçiləri Od Çərşənbəsini Şəhid ailəsində qeyd etdilər

Bizimlə əlaqə saxlayın