28 
iyn
2023
11:00
79

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Xızı polisi şəhid ailələrinə qurban sovqatı payladı - Fotolar

28 iyn, 2023
11:00
1279

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən “ Qafqazinfo”ya verilən xəbərə  görə, polis əməkdaşları şəhid ailələrinə, qazilərə,  aztəminatlı ailələrə  müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları verib, onları təbrik edib, problemləri ilə maraqlanıblar.

Görüşdə Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib.
Köməklik edilən ailələr  göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.









Bizimlə əlaqə saxlayın