20 
apr
2022
18:12
110

Tel:+99450 352 82 91
E-mail: [email protected]

ANAR QƏDİMƏLİYEV YAP-IN QƏZETİNİ ALMAĞI MƏKTƏBLƏRƏ QADAĞAN ETDİ - Qalmaqal

20 apr, 2022
18:12
9110

Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev Yeni Azərbaycan Partiyasının (YAP) qəzetini Gəncə məktəblərinin almasına qadağa qoyub.

Belə ki, bir neçə gün bundan öncə Gəncə Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev məktəb direktorları ilə onlayın iclas edib. Təhsil "şefi" məktəblərə Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının qəzeti olan "Yeni Gəncə" qəzetinin alınmasına qadağa qoyub.

Bununla bağlı Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri, İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, digər dövlət qurumlarına rəsmi sürətdə müraciət etməsi haqqında məlumat vardır.

Təəccüblənmək lazım deyil, çünki Anar Qədiməliyev xaricdə təhsil alıb, yəni Gəncə Şəhərində fəaliyyəti dayandırılmış "SOROS" fondunun vasitəsi ilə ADAU-nun tələbəsi olduğu zamanlarda, həmin xətlə təhsilini xaricdə davam etdirib.

Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə çıxışlarında ""SOROS" gənclərin düşmənidir, gəncləri yoldan çıxarır" fikirlərini təkrarlayır, gəncləri oyaq olmağa səsləyir.

Gəncə Təhsil İdarəsinin rəisi ikili oyun oynayır. Bu da dövlətə xəyanətə bərabərdir.

Yeri gəlmişkən, qeyd etdiyimiz kimi, 19 aprel 2022-ci il tarixdə Gəncə şəhərində 8 saylı orta məktəbdə iki şagirdin davası nəticəsində, şagirdlərdən biri bıçaq xəsarəti alıb. Diqqətinizə çatdıraq ki, məktəbin direktoru əvvllər Gəncə 14 saylı orta məktəbin direktoru olmuşdur. Əxlaqsız hərəkətlərinə görə sabiq icra başıcısı Elmar Vəliyev tərəfindən tutduğu vəzifədən kənarlaşdırılmışdır.

Lakin Anar Qədiməliyev Gəncə Şəhərinə Təhsil müdiri gəldiyi az zamanda sinif yoldaşı olan Gəncə 14 saylı orta məktəbin direktorunu 8 sayı orta məktəbə rəhbər vəzifəsinə təyin etdi. İndi də əl-ələ verib Gəncə Şəhər Təhsilini "SOROS"-un filialına, gəncləri ölümə, bəzi hallarda da həbsxanaya göndərirlər.

Təhsil naziri Emin Əmrullayevin diqqətinə çatdırırıq ki, Gəncə Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin qanunsuz hərəkətləri təhsilin keyfiyyətinə kölgə salır. Bu da yolverilməzdir. Təhsil Nazirliyi yazılanları araşdırıb, aidiyyəti üzrə tədbir görməlidir.

Mövzuya yenidən qayıdacağıq.hurriyyet.az

AZƏR,

Gəncə müxbir

Bizimlə əlaqə saxlayın