E-mail: [email protected]
Cənubda ağacları kəsdirən ekologiya rəisi kimdir?-VİDEO
Metbuat.info xəbər portalına bir neçə gün öncə Lənkəran rayon Viravul kənd sakini Rəhmanov Fikrət Salam oğlu tərəfindən bir şikayət daxil olmuşdur .
Şikayətçinin bildirdiyinə görə, evlərinin yanında 35-40 ilin yaş ağacları kəsilib.
"Keçən il mənə 1 saylı Regional Ekologiya İdarəsinin rəisi Şakir Quliyev 2 yaş ağcı kəsdirdi.
Ürəyi bununla soyumayan Quliyev kəsilən ağacların yanında kı, digər bir neçə ağacı da kəsdirmək istəyir. Hətta məni məcbur edərək hədə-qorxu da gəlir. Şakir Quliyev mənə bildirdi ki, guya yol dar olduğu üçün sözügedən ağaclar kəsilməlidir ki, yol genişlənsin.
Eyni zamanda 12 il bundan öncə öz əlimlə əkdiyim digər bir neçə ağacı da axşamlar zədələyirlər ki, qoy yanıb məhv olsun. Deyəsən mərhum Ulu Öndərin ağaclar barəsində dediyi "kəlamlar"ı bunlar unudublar."-deyə vətəndaş bildirmişdi.
Biz sözügedən xəbəri ictimailəşdirməyimizə baxmayaraq, 1 saylı Regional Ekologiya İdarəsini rəisi Şakir Quliyev sözügedən ağacları kəsdirərək istədiyinə nail olub. Yəni, ağaclar Ş.Qulugev tərəfindın bir neçə gün öncə artıq kəsdirilib.
Adını da yalandan qoyublar ki, guya yolu genişləndirmək üçün bu addım atırlar. Əgər bunlar yolu gikirləşəndirlərsə, o zaman onu başa şer genişləndirə bilərdilər, daha yaş ağacları kəsməklə yox.
Qarşı tərəfi dinləməyə hazırıq.