20 
apr
2022
18:23
194
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
"Tərtər işi"ni araşdıran prokuror İŞDƏN ÇIXARILDI - ÖZƏL
20 apr, 2022
18:23
11194
Tərtər hərbi prokuroru işdən çıxarılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Hümmət Məmmədov tutduğu vəzifədən azad edilib. O, Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.
Baş prokurorun imzaladığı daha bir əmrlə H.Məmmədovun yerinə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev təyin olunub.
Qeyd edək ki, H.Məmmədov "Tərtər işi"ni araşdıran prokuror olub.
Hümmət Məmmədov