24 
mar
2022
13:47
59

Tel:+99450 352 82 91
E-mail: [email protected]

NATO-nun Ukrayna ilə bağlı zirvə görüşü başlayıb

24 mar, 2022
13:47
459

Belçikanın paytaxtı Brüsseldə NATO dövlət və hökumət başçılarının növbədənkənar zirvə görüşü başlayıb.
 
Turkdunyası.az-ın məlumatına görə, iclasda 30-a yaxın ölkənin nümayəndələri iştirak edir. Tədbirin əsas mövzusu Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar olacaq.
 
Ukrayna prezidenti Volodimir Zelenskinin videoformatda çıxışı planlaşdırılır.
 
Qeyd olunur ki, iclasdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla görüşüb və Ukraynadakı vəziyyəti müzakirə edib.

Bizimlə əlaqə saxlayın