E-mail: [email protected]
Partlayışda yaralanan seneqallı qızın vəziyyəti ilə bağlı AÇIQLAMA - VİDEO
Bloqer Aysel Şükürova Bakıda gecə klubunda baş vermiş partlayış zamanı yaralanan Seneqal vətəndaşı Sanura Namuda Fatemahın vəziyyəti haqda danışıb.
Axşam.az xəbər verir ki, bloqer Sanuranın durumunun ağır olduğunu bildirib:
“Seneqallı rəqqasə hələ də xəstəxanadadır. Vəziyyəti çox pisdir. Ona dəri köçürəcəklər, əməliyyat olunacaq”.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Fatemah sözügedən klubda rəqqasə kimi fəaliyyət göstərirmiş. Bundan başqa, afrikalı qadın model kimi də çalışıb. O, hətta müğənnilərdən birinin klipinə də çəkilib.
Xatırladaq ki, “Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.