noy
2023
15:00
107

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Zəfər Gününün əldə olunmasında polis əməkdaşlarının da əvəzsiz xidmətləri olmuşdur

8 noy, 2023
15:00
7107

  

   Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, müdrik dövlət xadimi İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan Ordusu, işğalçı Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 27 sentyabr 2020-ci il tarixdə başladığı zəfər yürüşündə inanılmaz qələbələr əldə etdik. Bir sözlə, 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmçinin Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla 300-dən çox yaşayış məntəqəsi, eyni zamanda Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində yerləşən əsas strateji yüksəkliklər işğaldan azad olundu. 2020-ci ilin 08 Noyabrında isə, xalqımız üçün olduqca böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilir. Şuşa şəhərinin yağı düşmən tapdağından azad olması dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri olur.

     Bəli, Azərbaycan Ordusunun hərbi sahədə əldə etdiyi parlaq qələbələr, ələlxüsus Qarabağın tacı hesab etdiyimiz Şuşa şəhərinin işğaldan azad olması müharibənin taleyində həlledici rol oyndı və belə bir halın varlığı, məhz mənfur Ermənistan Respublikasının öz məğlubiyyətini etiraf etməsi nəticələndi. Bütün bunlardan sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 03 dekabr 2020-ci il tarixdə Sərancam imzaladı və bu sərəncam əsasında xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə, hər ilin 08- Noyabrı ölkəmizin ərazisində Zəfər Günü kimi qeyd olunması qərara alınmışdır.

     Faktdır ki, belə bir tarixi qələbənin əldə olunmasında ölkəmizin hüquq-mühafizə orqanları əməkdaşlarının, eyni zamanda Daxili İşlər nazirliyinin tabeli qurumlarında çalışanların da əvəzsiz xidmətləri olmuşdur. Bütün bunları əsas tutaraq Biləsuvar Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Nəsib Məmmədovu 08 Noyabr- Zəfər Günü münasibətilə ürəkdən təbrik edib, bütövlükdə xalqımıza sülh və əmin-amanlıq arzu edirik.  İnanırıq ki, daxili işlər orqanı əməkdaşlarının, o cümlədən polis polkovniki cənab Nəsib Məmmədovun  rəhbərliyi altında Biləsuvar ŞPŞ-i əməkdaşlarının xalqımızın, dövlətimizin firəvanlığı, ölkəmizin ərazisində qanunçuluğun möhkəmləndirilməsi yolunda atdıqları addımlar bizə daha uğurlu gələcək əldə etməyə imkan verəcək.
Bir daha "Turkdunyasi" az informasiya portalının bütün kollektivi adından 8 noyabır zəfər günü münasibətilə təbrik edirik 

 

Bizimlə əlaqə saxlayın