12 
noy
2023
13:20
122

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şok Şok bu dövlət qurumu attestasiya imtahanın belə saxtalaşdırır

12 noy, 2023
13:20
13122

Turkdunyasi.az xəbər verir ki, "Azerinfo. İnfo" xəbər saytına 1 və 11saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərindən daxil olan çoxsaylı məlumatlara əsasən, Meşələrin Inkişafı Xidməti hər 3 ildən bir meşə işçilərinin rəhbər vəzifəli şəxslərinin, guya bilik səviyyəsini yoxlamaq məqsədi ilə hər ilin oktyabr-noyabr ayları attestasiya imtahan keçirir

Keçirilən imtahanlar hər il olduğu kimi Xidmətin rəhbər vəzifəli şəxsləri tərəfindən saxtalaşdırılır.
Deməli, hər il attestasiyadan bir gün öncə həmin rəhbər vəzifəli şəxslər Masallı rayonuna gəlir və onlar üçün misli görülməmiş "ziyafət" məclisi təşkil olunur.
Yaxşıca yeyib-içirlər. Onlara tapşırılan işçilərin siyahısı, aldığımız məlumatlara görə, bir də "haqq-hesab"ı verilir. Onlar da atessasiya imtahanında rahatca onlara köməklik edirlər.

1 və 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin işçilərinin yalançı attestasiya imtahanı 2023-cü ilin 14 noyabrında keçirilməlidir.

Mənbənin bildirdiyinə görə, artıq həmin attestasiyadan kimlərin yaxşı nəticə əldə edəcəklərinin siyahısı hazırlanıb.

Biz də gedən prosesləri izləyib attestasiyanın yekun nəticələrini gözləyirik.
Sizə attestasiyanın nəticələri barədə geniş məlumat verəcəyik və həm də bu barədə redaksiyamız tərəfindən saxtakarlıq edən şəxslər barədə Baş Prokurorluğa sorğu də göndəriləcək.

P.S. Attestasiyanın nəticələri tək 1 və 11 saylı Regional Meşə Təsərrüfatlarında deyil, gidər Mərkəzlərdə də saxtalaşdırılır.
Bir sözlə bu yalançı attestasiya da nə məqsədilə keçirilməsi açıq-ydın bəllidir.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.

Bizimlə əlaqə saxlayın