24 
mar
2022
14:45
57

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Britaniyadan Rusiyaya yeni SANKSİYALAR

24 mar, 2022
14:45
357

Böyük Britaniya hakimiyyəti bir sıra Rusiya banklarını, şirkətlərini və müdafiə sektoru müəssisələrini qara siyahıya salıb.
 
RİATV.az "Tass”a istinadən xəbər verir ki, cümə axşamı yenilənmiş sanksiya siyahısında deyildiyi kimi, ümumilikdə 59 fiziki və hüquqi şəxs məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.
 
Belə ki, “Sberbank”ın rəhbəri German Qref, bankın idarə heyətinin birinci müavini Aleksandr Vedyaxin və keçmiş sədr müavini Lev Xasis, iş adamları Oleq Tinkov və Yevgeni Şvidler “qara siyahı”ya düşüblər.
 
Böyük Britaniya Xarici İşlər Nazirliyinin Rusiya xarici işlər naziri Sergey Lavrovun ögey qızı adlandırdığı Polina Kovaleva və Melitopol (Ukrayna) merinin səlahiyyətlərini icra edən Qalina Danilçenko sanksiyalara məruz qalıb. Bu şəxslərin Böyük Britaniyaya girişi qadağan edilib və onların girişi aşkar edilərsə, aktivləri dondurulacaq. Sanksiyalar Qazprombank, Rosselxozbank, Alfa-Bank, SMP Bank və Ural Yenidənqurma və İnkişaf Bankına da düşüb.

Bizimlə əlaqə saxlayın