E-mail: [email protected]
Ekologiya nazirliyinin əməkdaşları dövlət aktların belə saxtalaşdırır
Metbuat.info xəbər portalına Masalıı rayon Musaküçə kənd sakini Rzayev Nizami Əsgər oğlu tərəfindən daxil olan şikayətdə bildirilir ki, Musaküçə kənd ərazisində 1.00 ha yaxın sahədə, Masallı rayon İH-nin Musaküçə kənd ərazi üzrə nümayəndəsi Sirac Şahverdiyevlə sözügedən kənd bələdiyyə sədri Rafiq Eynullayev tərəfindən qrabil qazılaraq satılmışdır.
"Bizim şikayətlər əsasında, 1 saylı Regional Ekologiya İdarəsinin sabiq işçisi Zabit Əzimov iştirakımızla sözügedən qazıntı yerinə baxış keçirdərək araşdırma aparmışdır. Aparılan araşdırma zamanı 8400 kub metr qrabilin qazıldığı məlum olmuş və hətta iştirakınızla buna aktda tərtib edilmişdir.
Sonradan sözügedən aktı dəyişdirərək orada olan məbləği azaltmaq üçün İdarənin əməkdaşı Mirkamil Həsənzadə bu aktın dəyişdirilməsinə və orada qeyd olunan məbləğin azaldılmasına cəhd etsə də, biz buna razı olmadıq. Sonra adını qeyd etdiyim İdarənin əməkdaşları Mirkamil Həsənzadə və Talıb Kərimov bizim iştirakımız olmadan həmin aktı dəyişərək 8400 kub metri azaldaraq 2195 kub metrə salıblar.
Biz onlardan sözügedən akt barəsində soruşan da, bizə bildirib rəsmi məktub da verirlər ki, biz bu aktları Masallı rayon Prokurolluğuna göndərmişik və gedib oradan soruşa bilərsiniz!.
Biz isə əlimizdə olan aktları poçt vasitəsi ilə Masallı rayon Prokurolluğuna göndərmişik"-deyə şikayətçi qeyd edir.
P.S. Zabit Əzimov bir neçə yerdə düzgün akt tərtib etdiyi üçün Ekologiya Nazirinin müavini Vüqar Kərimovun təzyiqlərinə məruz qalırdı. Hətta 2020-ci il tarixdə Cəlilabad meşələrində qırıntı, əkin və bıçənəkləri olduğu kimi yazdığı üçün cənab Kərimov tərəfindən töhmət də almışdı. Nəhayət bir ay öncə Vüqar müəllimin göstərişi ilə Zabitin ərizəsi alınaraq tutduğu vəzifədən uzaqlaşdırıldı. Görünür Ekologiya Nazirliyində düz işləyənlərə yer yoxdur. Ya şərlənib işdən çıxarılırlar, ya da ki, ərizələri alınaraq.
Xahiş edirik Baş Prokurolluq və Dövlət Təhlükəsizlik Xidməti bu işə qarışıb saxta sənədləri üzə çıxardıb qanuna müvafiq şəkildə tədbir görsünlər.
Qarşı tərəfi dinləməyə hazırıq.
PAYLAŞ: