23 
apr
2022
11:57
82

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Rəis şəxsi binasını dövlət qurumuna icarəyə verib..." - Zərdab Sukanal İdarəsində nələr baş verir?

23 apr, 2022
11:57
982

"Zərdab rayon Sukanal İdarəsinin rəisi Nəcəfov Romir Dadaş oğlu saxtakarlıq yolu ilə dövlət vəsaitini talan etməklə məşğul olur".

Bunu "AzPolitika.info"-nun redaksiyasına göndərdiyi məktubda Zərdabın Gödəkqobu kənd sakini Həsən Həsənov yazıb.

O, iddia edir ki, R. Nəcəfov əvvəlcə rayon hərbi komissarlığında işləyib, təqaüdə çıxdıqdan sonra Zərdab rayon Poçt Şöbəsinin müdiri, Çallı və Gödəkqobu kənd icra nümayəndəsi olub. 2019-cu ildə isə rayonun 2N-li Regional Sukanal İdarəsinin Zərdab Sukanal Sahəsinin sahə rəisi təyin edilib: "İlk gündən saxtakarlığa əl atan Romir Nəcəfov poçt binasını özəlləşdirirək qaynatası Tofiq Paşayevin adına sənədləşdirib. Vəzifəyə təyin edildikdən sonra 1960-cı ildə inşa edilmiş, istismara yararsız vəziyyətdə olan binaya köçürüb. Hansı ki, idarə əvvəlcə Əmlak Komitəsinə məxsus səliqəli binada yerləşirdi və hər ay dövlətə cüzi icarə haqqı ödənilirdi. Amma indi R.Nəcəfov icarədən hər ay 400 manat gəlir götürür. Hansı ki, həmin binanın damından yağış suyu otaqlara tökülür, döşəməsi beton, tam təmirsiz, antisanitariya və qəzalı vəziyyətdədir. 71 nəfər işçisi olan idarənin belə yararsız binaya köçürülməsi cinayət əməli sayılmalıdır".

Şikayətçi əlavə edir ki, Zərdabda sahibkarlıq obyektlərində su sayğacları yoxdur. Onların sərfiyyata görə ödədikləri vəsaitlər büdcəyə yox, Romir Nəcəfova çatır: "31 yanvar 2022-ci il tarixdə akt tərtib edib pul siliblər ki, guya Lələağacı kəndindəki modul tipli su təmizləyici qurğuya gedən açıq tipli su kanalı təmizlənib. Hansı ki, həmin ərazidə iş görülməyib. Akta əlavə olunmuş şəkil isə Lələağacı kəndində deyil, Qumlu qəsəbəsində çəkilib. Belə saxtakarlıqdan biri də 2020-ci il tarixdə aparılan yoxlama zamanı üzə çıxıb. Aktlarda qeyd edilən boruların ölçüləri ilə istifadə olunan boruların ölçüsü arasında kəskin fərq yaranmışdı. Həmin vaxt işi araşdıran "Azərsu" ASC-nin əməkdaşları saxta aktlara düzəliş elədilər. Hansı ki, bu saxtakarlığa görə Römir Nəcəfov cinayət məsuliyyətinə cəlb edilməli idi".

H.Həsənov yazır ki, dövlətin balansında olan Türyançay sahili boyunca 4 km. uzunluğu olan metal boru, Ramiz Kərimov və Heydər Əliyev küçələrinə gedən 2 km. borular, "Posyolka" adlanan ərazidə olan 1 kilometrdən uzun metal borular Romir Nəcəfov tərəfindən kəsdirilərək tikinti materialları mağazalarına satılıb: "Kanalzasiya üçün gətirilmiş drenlər Zərdab- Kürdəmir yolu çəkilərkən tikintin aparan şirkətə satıldı. Həmin drenlər qurunt sularının axıdılması üçün kollektorların keçidlərinə qoyulmuşdu. Xatırladım ki, Ucar-Ağcabədi magistral yol çəkilərkən "Polad"" İnşaat MMC tərəfindən Türyançay üzərindən "51 hektar" adlanan yaşayış massivindən rayona gediş -gəlişi təmin etmək üçün körpü inşa edilmişdi. Romir Nəcəfov 20 metr uzunluğu olan körpünün ayaqaltı dəmir döşəmələrini və yan dəmir çərçivələırini sökdürərək satdırıb.

Bundan başqa rayonda rüşvət müqabilində mağaza, gözəllik salonu, aptek, "moyka"lara qanunsuz su çəkilib. Kanalizasiya olmadan su çəkilişi ekeoloji çirklənməyə səbəb olur. Həmçinin, obyektlərə suyu podratçı təşkilat çəkməli olsa da, bütün bu işləri rüşvət müqabilində Romir Nəcəfov özü həyata keçirib".

Həsən Həsənov daha sonra iddia edir ki, 2010-cu ilə qədər rayon əhaliisini içməli su ilə təmin edən, Kür çayının sahilində yerləşən böyük nasosxana idarə müdiri tərəfindən sökülərək satılıb.

Şikayətçinin sözlərinə görə, R.Nəcəfov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dayısı nəvəsi Murad Kamran oğlu Soltanlını idarəyə çilingər vəzifəsinə təyin edib.

"Hansı ki, rayonda iş gözləyən çoxlu sayda şəhid ailələri və qazilərimiz var", - o vurğulayıb.

Şikayətçi qeyd edir ki, müdir Zərdab rayon Sukanal İdarəsinin balansında olan həyətdəki tut ağaclarını kəsdirərək məhv edib.

H.Həsənov iddia edir ki, Romir Nəcəfovu himayə edən yaxın dostu Zərdab rayon icra başçısının köməkçisi Səməd Cəfərovdur: "Rayonun Otmanoba kəsnidndə S. Cəfərova məxsus böyük balıq göllərində və mal-qara fermasında təmizlik işlərini Romir Nəcəfov dövlətin texnikaları ilə həyata keçirir. Bundan başqa idarənin sürücülərinə məxsus yanacaq kartları müdirin cibindədir, yanacağı özü götürüb şəxsi işlərinə sərf edir. Həmçinin, idarəyə məxsus "Kia" markalı avtomobili də özü idarə edir. Hansı ki, bu ştat üzrə sürücü var. Yanacaq pulunu təyinatı üzrə xərcləmədiyi üçün idarənin yanacaqdoldurma məntəqəsinə 1050 manat borcu qalıb".

Həsən Həsənov aidiyyat qurumlara müraciət edərək Zərdab rayon Sukanal İdarəsində baş verən qanunsuzluqları araşdırmağa, Romir Nəcəfovun məsuliyyətə cəlb edilməsi üçün qanunu tədbirlər görməyə çağırır.

Yazıda adı çəkilən, ittiham edilən şəxslərin də mövqeyini dərc etməyə çalışacağıq.

Bizimlə əlaqə saxlayın