23 
apr
2022
12:49
122

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ukraynada həlak olan azərbaycanlı dəfn edildi - FOTO

23 apr, 2022
12:49
87122

Ukraynanın Mariupol şəhərində həlak olan Samux rayonun sakini İlqar Məmmədov dəfn edilib.
Oxu.Az-ın məlumatına görə, dəfn mərasimində kənd sakinləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
İlqar Məmmədov Sərkar kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, İlqar Məmmədov martın 17-də Ukraynanın Mariupol şəhərində yaralıları digər sığınacağa təxliyə edən zaman əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb.
O elə hadisə yerində dünyasını dəyişib. Mərhum öncə Mariupolda dəfn edilib. Sonradan onun dəfn yeri müəyyən olunub və nəşi çıxarılaraq Azərbaycana gətirilib. 



Bizimlə əlaqə saxlayın