27 
iyl
2024
13:01
35

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ağcabədidə polisin keçirdiyi əməliyyatlar zamanı son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb

27 iyl, 2024
13:01
1135

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Turkdunyasi.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Qadir Sultanov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb. 

Bundan əlavə, son 1 ay ərzində polisin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərlə əlaqəli daha 19 nəfər saxlanılıb. Bu tədbirlər zamanı 10 kiloqram müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın