30 
iyl
2024
22:13
64

Tel:+99450 352 82 91
E-mail: [email protected]

COP29-a görə Bakıdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb

30 iyl, 2024
22:13
264

COP29 ərəfəsində toyların keçirilməsi təxirə salınan bəzi restoranların adları məlum olub.
Turkdunyasi.az xəbər veri ki, "Kolizey Hall", "Nion Palace" restoranlarında məclislər təşkil olunmayacaq.
Həmin günlər ərzində "Neolit Hall"da toyların keçiriləcəyi bildirilib. "Ay işığı" restoranında da toylar təxirə salınmayacaq. Həmin restoranlardan bildirilib ki, rəsmi qərar verildiyi təqdirdə toylar keçirilməyəcək. Hələlik isə belə qərarın olmadığı bildirilib.
Əldə etdiyimiz digər bir məlumatda isə Bakının heç bir restoranında COP29-un davam etdiyi müddətdə el şənliklərinin keçirilməyəcəyi qeyd olunub.
Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb.
"Report"un əldə etdiyi məlumata görə, artıq tədbirin baş tutacağı Bakı Olimpiya Stadionu ətrafındakı bəzi şadlıq sarayları noyabr ayı üçün sifarişləri qəbul etmir.
Onlar bunu COP29-la əlaqədar ölkəyə gələcək xarici vətəndaşların çoxluğu və bu mühüm tədbirin uğurlu keçirilməsi ilə bağlı paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılmasına dəstək göstərməkləri ilə əlaqələndirirlər.
Bakıdakı bir sıra restoranlardan bildirilib ki, noyabrın 8-dən 22-nə qədər toyların sifarişini qəbul etmirlər və əvvəlcədən həmin ay üçün qəbul olunan toy sifarişlərinin vaxtı dəyişdirilib.

Bizimlə əlaqə saxlayın